İsitmə sistemləri

Su qızdırıcı qazanlar

Su qazanlar, adindan da göründüyü kimi isitilikdaşıyıcı kimi sudan isitifadə olunan qazanlardır, hansılar ki cox böyük istilik tutumuna malik olurlar.İstilikdaşıyıcı suyun çatışmaması və yüksək korroziya xüsusi kimuyəvi maddələrin əlavə olunması ilə aradan qaldırılır. Bütün bu faktorlar su qazanalrını digər tip qazanlardan daha məhşur olmasına səbəb olur.

Su qızıdırıcı qazanlarının xarakteristikaları:

Su qızdırıcı qazanlar müxtəlik təyinatlı obyektlərdə isitifadə oluna bilər:

  • mənzillərdə və fərdi evlərdə;
  • sənaye obyektlərində və ofislərdə;
  • isitixanalarda;
  • anbarlarda;
  • idman komlekslərində

Buxar qazanlarının əsas funksiyası su baxırnın ?generasiyasıdır?. Su buxari öz nöbəsində istlilik təhcizatlarının buxar sistemlərində, eləcə də buxar tekstil məhsullarının, yeyinti məhsullarının, tibbi dərmanların istehsalında istifadə olunur. Bununla da buxar qazanlarından bütün istehsal və bəzi qeyri istehsal səhələrində (tibb, kosmetologiya) istifadə olunur.
Hazırda şirkətimiz maye yanacaqla (dizel, mazut), bərk yacaqla (kömür) və qazla (təbii və maye qaz) işləyən qazanlar təklif edir. Bununla da qazanlar reversiv (geri dönümlü) və üçyollu sobaya malik olurlar. Reversiv sobalı buxar qazanları sadə kanstruksiyaya malikdirlər və daha ucuzdurlar, lakin üçyollu qazanlar effektivlik dərəcəsinə və ekoloji təmizliynə görə daha üstündürlər. Bundan başqa buxar qazanları daha böyük təyziqə davam gətirirlər. Belə ki, üçyollu qazanlar 25 bar təyziqdə işləyə bildiyi halda, reversiv qazanlar aşağı təyziqdə (0.8 bar) və orta (12-15 bar) təyziqdə işləyirlər.

Buxar qazanalrının özəllikləri:

  • yüksək səmərəlilik və zərərli madələrin minimal ayrılması;
  • yüksək etibarlılıq və təhlükəsizlik;
  • sadə istismar və servis imkanı

Bərk yanacaqlı qazanlar

Ən etibarlı və ekonomik qazan növüdür. Bərk yanacaqlı qazanlar istismarda rahat və təhlükəsizdir. Sənaye və yaşayış binaları üçün nəzərdə tutulmuşdur.
Digər qazan novlərindən əsas fərqi yanacaq kimi koks, daş kömür, odun, eləcə də qonur komurdən isitifadə olunmasıdır. Bundan başqa istehsalçılar bu yanacaq növlərindən biri ilə yox hamısı ilə işləyən qazanlar istehsal edirlər.

Qaz yanacaqlı qazanlar

Qaz yanacaqlı qazanların 2 növündən – divar tip və döşəmə tip qazanlardan

isitifadə olunur.

Qaz yanacaqlı divar tip qazanlar

Qaz yanacaqlı divar tip qazanlar komkakt və komfortlu qazan növü hesab edilir. Bu qizdirici qazanlar mənzilləri və kiçik ölçülü fərdi evləri qızdırmaqla yanaşı həm də isti su ilə təmin edir.Divar tip qazanlar nasos və ya nasosların hesabına işləyir. O özünü real mini-qazanxana kimi göstərir. Divar tip qazanların hissələrinə aiddir: regenerator ( istilik bərpa edən), odluq, nəzarət aparatı, manometr, genləşmə çəni, terməmetr,həmçinin yuxarıda qeyd etdiyimiz kimi sirkulyasiya (mübadilə) nasosu. Divar tip qazanlarda onun və hissələrinin effektiv və keyfiyyətli işləməsini təmin edən xüsusi sistem vardır.

Qaz yanacaqlı döşəmə tip qazanlar

Qaz yanacaqlı döşəmə tip qazanlar öz praktikliyi, sisteminin görünməzliyi və təbii sirkulyasiyasına görə bir çox ölkələrdə geniş istifadə olur. Müasir model döşəmə tipli qazanlarda qaz vermində və ya bacada problem ortaya çıxdığı zaman qəza rejiminə keçərək avtomatik qazanı söndürən sadə və etibarlı avtomatika sistemi quraşdırılmışdır.
Maye yanacaqlı qazanlar daha çox qaz xəttindən uzaqda yerləşən böyük obyektlərdə istifadə olunur.Mayə yanacaqlı qazanların işləmə prinsipi eynən qaz yanacaqlılar kimidir. Elektrik və ya dizel yanacaqla işləyən modellər arasında seçim edilən zaman dizel yanacaqlı modellərin daha ekonomik olduğunu görərik. Hər bir maye yanacaqlı qazan açıq yanma kamerası ilə təhciz edilmişdir.

Radiatorlar

Çuqun radiatorlar

Ən çox tanınan radiatorlardi. Bu radiatorlar SSSR dövründən kütləvi tikililərdə isitifadə olunan əsas avadanlıqlardan idi və indiki dövrə qədər bir çox “xruşşovka” və digər mənzillərdə və fərdi evlərdə istifadə olunur. Və bu onların dözümlülüyündən xəbər verir.

Aluminium radiatorlar

  • fərdi isitmə sistemləri üçün ən geniş isitifadə olunan radoiatorlardır;
  • aşağıdakı üstünlüklərə sahibdir;
  • kifayət qədər ucuzdurlar;
  • yüksək istilik ötürücülyü ( tez qızması və istilik ayrılması);
  • standart quraşdırma şərtləri;
  • panel radiatorlar

Panel radiatorlar poladdan hazırlanır. Panel radiatorların çeşid və kofiqurasi müxəlifliyi istənilən tip otaqlara uyğun modelin seçilməsinə imkan yaradır. Bu radiatorlar digərlərindən istilin avdanlıqda bərabər paylanması xüsusiyyətinə görə fərqlənir ki,bu da istiliyin ötürülməsini yaxşılaşdırır.Panel radiatorların isitilik ötürücülüyü yüksəkdir( aluminiuma nisbətdə).

Kombi sistemi

Kombi unikal isitmə sistemidir.Onun köməyi ilə istənilən otağı ən soyuq vaxt belə asanlıqla qızdırmaq mümkündür.Bunun üçün sistemin bütün elementlərini düzgün çəkildə quraşdırmaq lazımdır.İş qızdırıcı elememtləri olan avadanlığı almaq və quraşdırmaqla bitmir.Öncədən evin hər bir otağından keçərək qapalı dairə sistemi yaradan su sistemi çəkmək lazımdır. Nəzərə almaq lazımdır ki, Kombi daha çox mənzillər və birmərtəbəli evlər üçün uyğundur. Çünki, bu avadanlıq suyu boru ilə 2-ci mərtəbəyə qaldırmaq gücündə deyil.İndi kombi sistemlərindən daha çox plastik borulardan isitifadə olunur. Onlar lazım olan ölçülərdə asanlıqla kəsilir və xüsusi aparat vasitəsilə birləşdirilir.Sistemin müsbət tərəflərinə onun dözümlülüyünü, istifadəsinin rahatlığını və temperatur tənzimlənməsinin mümkünlüyünü aid etmək olar.Əgər ev sahibi uzun müddətlik evini tərk edirsə boş yerə qızdırıcı üçün pul odəmək lazım deyil. Bunun üçün Kombini sadəcə söndürmək lazımdır. Bu qızdıcı sistemin elementləri : qızdırıcı avadanlıq, qaz və su borusu, həmçinin radiator.
Odluqlar lazım olan miqdarda isitliyin ayrılması üçün yanacağın yandırmasını təmin edən avadanlıqlardır. Olduqlar yüksək effektivlik dərəcəsində işləyir və ətraf mühitə zərərli maddələrin atılmasını minimum həddə endirir. Odluq avtomatik idarəetmə və təhlükəsizlik nəzarətinə malik avadanlıqlardır.Avadanlıq bərpaolunmaz nasazlıq yarandığı halda avtomatik olaraq sönür. İstifadə olunan yanacağın növünə görə odluqlar 3 növə ayrılır: qazla işləyən, maye (dizel) ilə işləyən, multiyanacaqlı (qaz-dizel).

Qazla işləyən odluqlar

Qazla işləyən odluqlar qaz tipli yanacağın ekonomik və effektiv yandıraraq lazım olan isitiliyik ayrılmasını təmin edir. Bu tip odluqlar 16-246 kvt gücündə olurlar. Demək olar ki bütün qazla işləyən odluqlar avtomatika sistemi ilə təhciz olunub ki, bu da onların yüksək təhlükəsizlik rejimində işləməsini təmin edir. Bu avadanlıqlar gücünə görə birpilləli və ikipilləli olurlar.
Birpilləli odluqlar daha çox fərdi evlərin qazanxalarında isitifadə olunurlar. Orta və yüksək güclü odluqlar birpilləli, ikipilləli və modul tipli olurlar.
İkipilləli olduqlar yanmanın iki rejimində işləyirlər : “az” və “çox”. Modulyasiya rejimində işləyən zaman gücün axıcı rejimi təmin olunur və bu zaman yanacağa qənaət olur və avadanlığın işə qoşulması zamanı səs azalır. Avadanlığın gücünün tənzimlənməsi avtomatik olaraq həyata keçirilir. Bu avadanlıqlar 220 V –da işləyir. Elektrik enerjisinin tezliyi 50 ghz olmalıdır.

Dizel yanacaqlı odluqlar

Dizel yanacaqlı odluqlar dizel yanacağının effektiv və ekoloji təhlükəsiz yandırılması ilə istilik ayrılmasını təmin edir. Qaz xətlərinin olmaması halında alternativ olaraq dizel yanacağından istifadə olunur.Bütün dizel odluqları avadanlığın təhlükəsiz işləməsi üçün avtomatika sistemi ilə təchiz edilmişlər.Bu avadanlıqlar yanacağın qızdırılma rejimi olan və olmayan növlərə ayrılır.Qızıdırma rejimi olmayan odluqlar sadə kanstruksiyası və ucuzluluğu ilə fərqlənirlər. Qızıdırma rejimi olan odluqlar effektiv işləməsi və yanacağın ən yaxşı şəkildə yandırımasına görə xarakterizə olunurlar.
Dizel yanacaqli Odluqlar birpilləli, ikipilləli və üçpilləli olur və gücün axıcı nəzarətina malikdirlər.Çoxpilləliyin köməyi ilə yanacağın rasional isitifadəsinə, effektiv yanmaya, ani alovllanmaya, avadanlığın uzunömürlülüyünə nail olunur.Onlar gücünə görə zəif,orta,yüksək güclü olaraq bölünürlər. Bir qayda olaraq bu avadanlıqlar 220 V –da işləyir. Elektrik enerjisinin tezliyi 50 ghz olmalıdır. Sizə lazım olan odluğu bizim kataloqdan seçib, ala bilərsiniz.

Multiyanacaqlı odluqlar (qaz-dizel yanacaqlı)

Multiyanacaqlı odluqlar özünü əsas göstəricilərinə görə digər tip odluqlara bənzəyir və onlardan isitmə və texnoloji avadanlıqların qüsursuz fəaliyyətini təmin edərək, bir yancaq növündən digərinə keçə bilməsi ilə fərqlənirlər.