Soyutma sistemləri

Çiller – fankoyl (chiller – fancoil) sistemi

Çiller – fankoyl (chiller – fancoil) sisteminin digər sistemlərdən fərqi odur ki, onun xarici və daxili blokları arasında freon yox su (və ya donmayan maye) sirkulyasiya edir. Suyu Çiller adlanan soyuducu avadanlıq soyudur. Çiller adi freon kondisioneridir lakin onun buxarlandırıcısından hava yox su keçir. Və su nasos stansiyasının köməyi ilə istidən izolyasiya edilmiş trubalarla fankoyla keçir. Fankoyllar otağın içində yerləşdirilir və adi split-sistemlərin daxili blokları ilə eyni funskiyanı yerinə yetirir. Çiller – fankoyl sistemi ənənəvi multi-split və ya multi-zonal sistemlərlə müqayisədə bir neçə üstünlüyə malikdir:

  • Çiller və fankoyl arasındakı məsafə nasosun gücünə görə müəyyən edilir və bu məsafə bir neçə 100 metr ola bilər.
  • Çilleri fankoylla birləşdirmək üçün bahalı mis (freon üçün) birləşdiricilərdən yox adi su trubalarından isitifadə olunur.

Sistemin tərkibinə daxildir:

  • çiller (soyuducu maşın)
  • fankoyl
  • truba
  • nasos stansiyası (hidromodul)
  • avtomatika sistemi

İkikonturlu çiller – fankoyl soyutma sistemi

Binaların içində ekoloji sudəyişmə məsələsini həll etmək üçün ikikonturlu soyutma sistemindən isitifadə olunur. Bu tip sitemlər iki – kənar (xarici) və daxili – qlikol və su konturdan ibarətdir və hansılar ki öz aralarında istilik mübadiləsi aparırlar.Belə sxemlər kənar çiller avadanlıqları ilə birlikdə təhlükəsiz soyuqluqdaşıycıların (su) binanın içində isitifadəsinə imkan yaradır.

Fankoylların növləri:

Divar tip fankoyllar. İstənilən kiçik ölçülü obyektə – ofisə, mənzilə, mağazaya quraşdırmaq mümkündür.

Tavan tipl fankoyllar. Tavan tipli fankoyllar xüsusi olaraq asma tavanlı böyük binalar üçün hazırlanmışdır.Tavanın alt hissəsinə quraşdırılır və bu zaman yalnız dekorativ mənfəz görünür.

Kanal tip fankoyllar. Kanal tipli fanoyllar soyudulacaq ( qızıdırılacaq) sahədən kənarda yerləşdirilir və bu sahəyə hava xətləri və havalandırma mənfəzləri ilə birləşdirilir.

Tavan (tavanaltı), döşəmə tip fankoyllar. Bu tip fankoylların vertikal və horizontal quraşdırılırlar.

Rooftop (Dam tipli kondisionerlər)

Dam tipli kondisionerlər binaların damlarına quraşdırılan monoblok (coxbloklu) soyutma avadanlıqlı kondisionerlərdir.Adətən dam tipli kondisionerlər ticarət mərkəzlərinin, qapalı stadionların, konfrans-zalların və s. Bu tip yerlərin havalandırmasını, soyudulmasını və isidilməsini təmin etmək üçün tətbiq edilir. Dam tip kondisionerlər öz kanstruksiyasına görə daha çox böyük pəncərə tip kondisionerlərə oxşayırlar. Standart komponentlərlə (kompressor , kondensator , buxarlandırıcı və ventilyator) yanaşı onun içərisinə çöldən və içəridən götürülən havanı sirkulyasiya edən və həmçinin qışda havanı isitmək üçün elektrik və ya su ilə işləyən qızdırıcı avadanlıq yerləşdirilir.

Öz göstəricilərinə və tətbiq sahələrinə görə dam tip kondisionerlər mərkəzi kondisionerlərə oxşayırlar. Onlar arasındakı əsas fərq dam tipli kondisionerin monoblok olması və damda quraşdırılması, ancaq mərkəzi kondisionerlər obyektin içərisində yerləşdirilir.

VRV sistemi

VRV və ya digər adı ilə VRF (Variable Refrigerant Flow) system ümumi sahəsi 100-1000 kvadrat metr olan böyük obyektlərin isidilməsi və syudulmasını təmin etmək üçün tətbiq olunur.Bu sistemi eyni vaxtda 5-30 “otaqda” komfort yarada bilər və bu zaman bu otaqlar biri birindən asılı olmayaraq ayriliqda qizidrila və soyudula bilərlər. VRV sistem çox ekonomdur. Bundan başqa ekonomluq otaqalara görə fərqli ola bilər. Məsələn, sistem evin günəşli tərəfini soyutduğu zaman oradan götürülən isiti hava ilə əks tərəfdə olan otağın isidilməsini təmin edə bilər. Aydındır ki bu zaman enerjiyə kifayət qədər qənaət edilmiş olur. VRV sistemin müsbət tərəflərinə onun istismar müddəti də daxildir. Nəzərə alsaq ki slit-sistemlərin yararlılıq müddəti 10 ildir, ancaq VRV sistemləri 20-25 il ideal işləyə edilə bilər.

VRV sistemin müsbət cəhətlərindən biri də odur ki, cox sayda daxili bloklarının olmasına baxmayaraq xarici blokları rahatlıqla yığmaq olur.

VRV sistem 3 rejimdə işləyə bilir:

  1. Soyutma
  2. İsitmə
  3. Blokların bir hissəsi istiliyin bərpası edilməsi isidir, bir hissəsi ilə soyudur

Yəqin ki yuxarıda sadaladıqlarımızdan aydın olur ki, VRV sistem böyük ofis və evlərin kondensine edilməsini üçün ideal seçimdir.Əgər sizin həqiqətən də böyük koteciniz varsa və siz oranı özünüz üçün ən rahat və sevimli yer etmək istəyirsinizsə, o zaman orada mütləq VRV tip kondisioner quraşdırmaq lazımdır.

Həssas nəzarətli kondisionerlər

Həssas nəzarətli kondisionerlər yerləşdiyi otağın havasının temperatur, rütubətlilik,hərəkətliliyik parametrlərinin dəqiq tənzimlənməsini təmin edən avtonom kabinə tipli kondisionerlərdir.

Temperaturun tənzimlənməsi dəqiqliyi: ± 1°С 

Rütubətliliyin tənzimlənməsi dəqiqliyi: + 5%

İşləmə mühitinin tempereatur göstəriciləri: +50°С-dən -60°С-ə qədər 

Həssas nəzarətli kondisionerlər texniki obyektlərdə tətbiq olunması texnoloji avadanlıqlardan böyük isitilik ayrılmalarını konpensasiya edir, hansılar ki öz növbəsində minimal temperatur və rütubətlik dəyişikliklərinə çox həssasdır. Otaqdan olan temperatur optimal temperaturdan nə qədər çox fərqlənərsə, texnoloji avadanlıqların ömrü bir o qədər az olar.Həssas nəzarətli kondisionerlər ayrılan istiliyin tənzimlənməsini effektiv təmin edir və otağın tələb onun temperatur və rütubətlilikdə saxlanmasını tənzimləyir.
Texnoloji avadanlıqların artıq dərəcədə qızması nəticəsində, eləcə də tələb olunan rütubətliliklə kifayət qədər rütubət fərqi yarandıqda bu avadanlıqlar sıradan çıxırlar.

Həssas nəzarətli konsionerlərin tətbiq sahələri:

Stasionar telerabitə:

  • ATS stansiyalar
  • Təhcizat otaqları

Mobil telerabitə:

  • Telekommunikasiya qovşaqları (kommutator, şlüzlər)
  • Baza və daşınabilən stansiyalar ( binalarda və ya konteynerlərdə)
  • Billinq mərkəzləri
  • İnformasiya texnolgiyaları sektoru
  • Server otaqları
  • Təhcizat otaqları
  • Komoyuter otaqları, Məlumat bankları (Data Center)

Tibb sahəsi:

  • Diaqnostika otaqları
  • Labaratoriyalar
  • Yüksək dəqiqlikli avadanlıqlar
  • Həssas istehsallı mikroelektronika, kosmik sənayə,əczaçılıq

Kanal tip kondisionerlər

Kanal tip kondisionerlər coxotaqlı obyektlərin iqlim ( klimat) məsələsini həll edirlər. Kondisionerlərin quraşdırılması üçün asma tavan olmalıdır. Bu kondisionerlər 2 blokdan ibarət olur – xarici və daxili.

Kanal tip kondisionerlərinin isitifadəsinin digər kondisionerlərdən əsas fərqi onun təmiz hava vurma funksiyasının olmasıdır. Bunun üçün daxili bloka vurma qurğulu hava keçiricisi yerləşdirilir.Vurma qurğusu havanı təmizləyək və isidərək (qışda) içəri təzə hava vurur. Paylama kamerasında təzə hava içəridən götürülən hava ilə qarışır, təmizlənir (süzülür) və daxili blokdan yerləşən ventilyator vasitəsilə obyektə vurulur.

Kanal tip kondisionerin xarici bloku xaricdə (bakonda, binanln divarında, damda) quraşıdırılır. Daxili blok isə tavana birləşdirilir və asma tavanın arxasında gizlədiir.

Kanal tip kondisionerlərin üstünlükləri:

  • Bir neçə otağı eyni anda kondensinə edilməsi (soyudur və ya isidir)
  • Otaqlara təzə havanın vurulması, eləcə də təmizlənməsini və nəmləndirilməsi
  • Gizli şəkilə (tavanda) quraşdırılması

Gigenik kondisionerler

Monoblok (çoxbloklu),hərəkətli,enerji qənaətli gigenik kondisionerler hava axınının 1.700 – 100.000 м³/s aralığında isitmə,soyutma,rütubətləndirmə,qurutma funksiyalarına yerinə yetirir və gigienik qaydalara uyğun süni iqlim mühiti lazım olan yerlər üçün nəzərdə tutulmuşdur. Məsələnn Xəstəxanalarda, Əczaçılıq şirkətlərində,Laboratoriyalarda və Steril otaqlarda (tibb təşkilatlarında, əməliyat otaqlarında) və s.

Mərkəzi kondisioner sistemləri

Mərkəzi kondisionerlər – bu kondisionerlər soyuq və isti sistemlə təhciz olunublar və bu zaman soyuq hava çillerdən, freon daxili kompressor-kondensator blokundan, isti su isə mərkəzi isitmə sistemindən və ya boylerdən kondisionerə vurulur.Bu kondisionerlər xidmət göstərdikləri otaqlara yaxın yerləşdirilirlər (damda, texniki mərtəbədə və ya zirzəmidə). Kondisionerə havanın girişi və çıxışı və eləcə də otaqlara ötürülməsi hava xətləri ilə reallaşır.Mərkəzi kondisioner sistemi bir neçə bölmədən ibarətdir və hər bir bölmə müəyyən bir funksiyanı yerinə yetirir. Onlar havanı soyutmaq və isitməklə yanaşı onu təmizləyir, qurudur və ya rütubətləndirirvə əlbəttə ki havalandırmanı təmin edir.

Mərkəzi kondisionerlərin funksiyaları:

Mərkəzi kondisionerlər 2 isitilik mübadiləsi avadanlğı ilə təmin edilmişdir ki bu da ilkin havanın emalını təmin edir. Bir mübadilə avadanlığına çillerdən soyuqluqdaşıyan (məsələn,su), digərinə isə mərkəzi isitmə sistemindən isiti su vurulur. Burada hava ilkin olaraq qızıdırılır və ya soyudulur, sonra isə hava xətti sistemi ilə otağa vurulur.

Mərkəzi kondisionerlərin əsas xüsusiyyətləri və üstünlükləri:

  • Bir neçə sistemlə lazım olan temperaturlu təzə havanın vurulması və paylanmasını aparılarkən digər sistemlərdə rütubətliliyi təmin etmək olur.
  • Mərkəzi kondisioner sisteminin imkanları split-sistemlərin və digər tip kondisionerlərin istismar muüddətini artırır
  • Yalnız bir aqreqatdan istifadə olunur və bu binanın daxili fasadının ümümi görünüşünə xərər yetirmir.