Tarixçə

«Azklimatex» MMC 2004 ildən, soyutma və havalandırma sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi ilə məşğuldur. Topladığımız təcrübəyə əsasən sizə həmçinin havalandırma, soyutma və isitmə sistemlərinin fərdi mühəndis həllini təklif edə bilərik. «Azklimatex» MMC-nin yüksək ixtisaslı peşəkar və təcrübəli mühəndis-texniki işçiləri sizə layihələndirmə, quraşdırma və servislə əlaqədar texniki məsələlərlə bağlı məsləhətlər verməyə hazırdırlar. Biz avadanlıqların seçilməsi məsələsinə çevik və effektiv yanaşaraq sizin bütün istəklərinizin istənilən keyfiiyyətdə reallaşmasını təmin edirik. Bizim təcrübəli mühəndis və texniki işçilərimiz istənilən həcmdə layihələrin planlaşdırılmış vaxt çərçivəsində reallaşdırılmasına hazırdırlar. «Azklimatex» obyektlərin təchizatı zamanı hər bir müştəriyə fərdi yanaşma təklif edir.Müxtəlif markalı məhsul çeşidlərimizin olması bizə sənaye, eləcə də fərdi obyektlərin və evlərin iqlim sistemlərinin qurulmasının planlaşdırılmış büdcəyə uyğun optimal variantlar təklif etməyimizə imkan yaratmaqdadır. Biz Bakı və Sumqayıtda eləcə də regionlara sifarişlə məhsulların satışı və çatdırılması xidmətlərini təklif edə bilərik . «Azklimatex» MMC quraşdırılan avadanlıqların periodik baxım və servis xidmətini həyata keçirir.

MISION

Kompaniyanın missiyası müştərilərin həyat və iş şəraitinin qəbul edilmiş sanitar normalara uyğun və komfortlu olması üçün üçün daima qarşıya qoyulan layihələrin operativ və keyfiyyətli icrasından ibarətdir. Biz müştərilərimizlə iqlim sistemi layihələrinin hazırlanmasının və işlənməsinin istənilən mərhələsində daima əməkdaşlıq etməyə hazırıq. İqlim sistemlərinin kompleks həlli sahəsində böyük təcrübə bizim mühəndis və texniki işçilərimizə müxtəlif növ mürəkkəb layihələrin işlənməsi və icrasının bütün təhlükəsizlik və keyfiyyət normalarına uyğun aparılmalarına imkan yaradır.

VIZION

Bizim vizionumuz – ölkə bazarında  iqlim xidmətlərinin aparıcı şirkətinə çevrilməkdir. Buna görə də biz  daima keyfiyyət üsünlüyümüzü  saxlayacayıq. Biz təcrübəli mütəxəssislərimizin saxlanmasına və onların həyat və iş şəratinin yaxşılaşdırılılmasına daima nəzarət edirik. Biz  müştərilərmizin istəklərindən daha artığını təmin etmək əzmindəyik.

Niye bizi seçməlisiniz ?

  • bütün istəklərə uyğun məhsul çeşidi;
  • məhsul istehsalçıları ilə uzunmüddətli əməkdaşlıq. Hansi ki,bizim kifayət qədər endirim edə bilməyimizi təmin edir;
  • firmanın siyəsəti dəqiqliyi ilə seçilir və müştərilərimizin istəklərinin maksimal effektivliklə icra edilməsinə əsaslanır;
  • anbarımızda daima müvcud təlabata uyğun məhsul və materialların olması;
  • Bakıya və eləcə də regionlara çatdırılma həyata keçirlir;
  • bütün isitmə,soyutma,havalandırma sistemlərinin kompleks həllini təklif edirik;

Xidmətlərimiz:

İsitmə sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi:

  • Qazaxana sistemi
  • Daxili isitmə sistemi (radiator, isti pol sistemi)
  • Kombi və divar qazanları
  • O cümlədən buxar qazanxanalarının layihələndirilməsi

Soyutma sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi:

  • Çiller-Fankoyl sistemi
  • VRV sistemi
  • Roof top sistemi
  • Kanal və kasset tipli kondisionerlər

Havalandırma sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi:

  • Mərkəzi havalandırma sistemi (AHU)
  • Hava sorma və vurma sistemi
  • Gigienik havalandırma sistemi